Fisincan plov
Fisincan plov Azərbaycanın qədim və zəngin plov növlərindən biridir. Xüsusilə bayram süfrələrinin bəzəyidir.

Tərkib və addımlar
11 məhsul
Tarixi qeyd
Fisincan plov Azərbaycanın qədim və zəngin plov növlərindən biridir. Xüsusilə bayram süfrələrinin bəzəyidir.
11 addım
Toyuq ətini təmizləyib yuyub duzlu suda yarıhazır bişirin.
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayın.
Soğanın üstünə yağ və duz əlavə edib qızılı rəngdə olanadək qovurun.
Sudan toyuq ətlərini çıxarıb qovrulmuş soğanın üstünə töküb qızardın. Hazır olana yaxın zövqə görə duz və istiotunu tökün.
Çuğun tava götürün. Tavaya abqora suyunu tökün. Su qaynamağa başlayanda çəkilmiş qozu əlavə edib qarışdırın.
Qarışığın qaynadıqca rəngi dəyişəcək tündləşəcək. 3-5 dəqiqə kimi qarışdırın. Sonra qovrulmuş soğanla toyuq ətini bura əlavə edib qarışdırın. Duz və istəyə görə çox turş olsa şəkər tozunu əlavə edin. 2-3 dəqiqə qarışdırıb sonra bulyondan az töküb vam odda 1 saat bişirin.
Adi qaydada düyünü bişirib süzün.
Yumurtanı qatıqla çalıb qazanın dibinə tökün. Düyü ilə qarışdırıb qalınlığı 1 sm olan qazmağı düzəldin.
Qalan düyünü qazmağın üstünə tökün. Üstünə yağ əlavə edib plovu vam odda dəm almağa qoyun. Plov 1 saata dəm alacaq.
Hazır plovu bir qaba çəkib qaynar yağ töküb üstünü qazmaqla bəzəyin.
Hazırladığımız fisincanı başqa qaba töküb düyünün yanında süfrəyə verin.
İsti halda, ayrı qabda fisincan qovurması ilə təqdim edilir.
Bu dadları peşəkar servis ilə yaşamaq istəyirsinizsə, növbəti addım tədbir planlamasıdır.
Xidmətlərimizlə bu dadları tədbirinizdə yaşadın.