Xəmir yeməyi

Göyərti qutabı (kətə)

Göyərti qutabı Azərbaycanın milli xörəklərindən biridir. Adətən yaz aylarında təzə göyərtilərlə hazırlanır.

Ümumi Azərbaycan60-90 dəq4-68 məhsul
Göyərti qutabı (kətə)
Resept qeydi
Hər addımı işarələyərək hazırlığınızı nəzarətdə saxlayın.
Hazırlıq paneli

Tərkib və addımlar

Tərkib hissələri

8 məhsul

0% hazır

Tarixi qeyd

Göyərti qutabı Azərbaycanın milli xörəklərindən biridir. Adətən yaz aylarında təzə göyərtilərlə hazırlanır.

Hazırlanma axını

9 addım

0% tamam
Addım 1

Unu bir qaba ələyib duzu səpib ortasına yumurtanı sındırın və suyu əlavə edib qaşıqla qarışdırın.

Addım 2

Sonra əliniz ilə normal xəmir yoğurun.

Addım 3

Xəmiri balaca hissələrə bölüb kündələyin. Üstünə salafan örtün qurumasın.

Addım 4

İçliyi hazırlayın: Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayın. Doğranmış göyərtiyə duz səpib yaxşı qarışdırın.

Addım 5

Kündənin birini götürüb un səpib nazik yuxa yayın.

Addım 6

Yuxanın yarı hissəsinə içlikdən qoyub yayın.

Addım 7

Yuxanı iki qatlayın və yanlarını bərkidin.

Addım 8

Qazın ya da odun üstündə qızmış sacın üzərinə qoyub hər iki tərəfini qızardın.

Addım 9

Hər bir qutabı bişirib yığanda aralarına kərə yağı vurun.

İrəliləyiş
Məhsullar0/8
Addımlar0/9
Təqdim təklifi

İsti halda, üzərinə sumaq səpilərək və yanında qatıqla təqdim edilir.

Chef service

Bu dadları peşəkar servis ilə yaşamaq istəyirsinizsə, növbəti addım tədbir planlamasıdır.

Xidmətlərimizlə bu dadları tədbirinizdə yaşadın.