Xəmir yeməyi

Gürzə

Gürzə Azərbaycanın milli mətbəxinin ənənəvi xəmir yeməklərindən biridir. Xüsusilə qış aylarında sevilən yeməkdir.

Ümumi Azərbaycan45-60 dəq4-612 məhsul
Gürzə
Resept qeydi
Hər addımı işarələyərək hazırlığınızı nəzarətdə saxlayın.
Hazırlıq paneli

Tərkib və addımlar

Tərkib hissələri

12 məhsul

0% hazır

Tarixi qeyd

Gürzə Azərbaycanın milli mətbəxinin ənənəvi xəmir yeməklərindən biridir. Xüsusilə qış aylarında sevilən yeməkdir.

Hazırlanma axını

6 addım

0% tamam
Addım 1

Ələnmiş unun üstünə yumurtanı, duzu və suyu əlavə edib normal xəmir yoğurun.

Addım 2

Adi qaydada qiyməni bişirib hazırlayın.

Addım 3

Xəmirdən iki kündə düzəldin. Az un səpib oxlovla yayın. Xəmir nə çox qalın nə də nazik olmasın.

Addım 4

Diametri 4 sm olmaqla dairələr kəsin. İçlikdən qoyub bükün.

Addım 5

Suyu qaynadırın. Suya 2 x.q duz əlavə edin. Qaynamağa başlayanda gürzələri tökün. Qaynayıb üstə çıxanda 5 dəqiqə kimi qaynadıb süzün. Suyun duzunu yoxlayın. Lazım olsa yenə əlavə edin.

Addım 6

Qablara yığıb üstünə əridilmiş kərə yağı töküb sumax səpin.

İrəliləyiş
Məhsullar0/12
Addımlar0/6
Təqdim təklifi

İsti halda, üzərinə kərə yağı və sumax səpilərək, yanında qatıqla təqdim edilir.

Chef service

Bu dadları peşəkar servis ilə yaşamaq istəyirsinizsə, növbəti addım tədbir planlamasıdır.

Xidmətlərimizlə bu dadları tədbirinizdə yaşadın.