Piti
Piti Azərbaycanın milli mətbəxinin ənənəvi yeməklərindən biridir. Şəki pitisinin bişirilmə qaydası ilə oxşarlıqları var. Saxsı qablarda bişirilir.

Tərkib və addımlar
10 məhsul
Tarixi qeyd
Piti Azərbaycanın milli mətbəxinin ənənəvi yeməklərindən biridir. Şəki pitisinin bişirilmə qaydası ilə oxşarlıqları var. Saxsı qablarda bişirilir.
9 addım
Qoyun ətindən 55-80 qramlıq 2-3 tikə götürülür.
Noxud 4-5 saat soyuq suda isladılır.
Ət və noxud piti qabına qoyulub üstünə soyuq su tökülür (ümumi həcmi 0.6 litrə çatdırılır).
Zəif od üzərində tədricən bişirilir, əmələ gələn kəf xüsusi kəfkirlə arabir alınır.
Xörəyin hazır olmasına 30 dəqiqə qalmış kartof (bütöv şəkildə, orta ölçüdə), yuyulmuş alça və duz qatılır.
Bulyon qaynadıqdan sonra içinə iri kub şəklində doğranmış baş soğan salınır.
Xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış xırda doğranmış quyruq yağı, duz və ədviyyat vurulur.
1 q zəfəran 120 q suda çay kimi dəmlənir və hər iki pay pitiyə bundan bir xörək qaşğı qatılır.
Vam odda bişirilmə davam edir.
Süfrəyə veriləndə üstünə narın doğranmış quru nanə səpilir. Yanına təmiz dərin boşqab, soyulmuş baş soğan və sumaq verilir. Yayda şabalıd, heyva və pomidor da qatılır.
Bu dadları peşəkar servis ilə yaşamaq istəyirsinizsə, növbəti addım tədbir planlamasıdır.
Xidmətlərimizlə bu dadları tədbirinizdə yaşadın.