Plov

Südlü aş

Südlü aş Azərbaycan mətbəxinin ənənəvi şirin plov növlərindən biridir. Adətən səhər yeməyi və ya desert kimi təqdim edilir.

Ümumi Azərbaycan60-90 dəq4-68 məhsul
Südlü aş
Resept qeydi
Hər addımı işarələyərək hazırlığınızı nəzarətdə saxlayın.
Hazırlıq paneli

Tərkib və addımlar

Tərkib hissələri

8 məhsul

0% hazır

Tarixi qeyd

Südlü aş Azərbaycan mətbəxinin ənənəvi şirin plov növlərindən biridir. Adətən səhər yeməyi və ya desert kimi təqdim edilir.

Hazırlanma axını

8 addım

0% tamam
Addım 1

Südlü plov ətsiz, yalnız südlə bişirilir.

Addım 2

Düyünü təmizləyin, xırdası çoxdursa, aşsüzəndən keçirin. Bütöv düyünü isti suda təmiz yuyun.

Addım 3

Bir hissə düyüyə iki hissə süd götürün. Süd qaynadıqdan sonra içinə düyünü tökün, qarışdırın, bir az duz vurun.

Addım 4

Rəngi saralanadək zəfəran tökün. Yenə qarışdırın.

Addım 5

Düyü bişənə yaxın içinə yuyulmuş kişmiş, xurma, zövqə görə bir az şəkər tökün, ehtiyatla qarışdırın.

Addım 6

Düyü yumşalıb, südü çəkilibsə, dəmə qoyun.

Addım 7

Başqa bir qazanda kərə yağını dağ edin, dibinə qazmaq qoyun, süddə bişmiş düyünü qazmağın üstünə töküb yağlayın, dəmləyin.

Addım 8

İri buludlara çəkin.

İrəliləyiş
Məhsullar0/8
Addımlar0/8
Təqdim təklifi

Bal və qaymaqla isti halda təqdim edilir.

Chef service

Bu dadları peşəkar servis ilə yaşamaq istəyirsinizsə, növbəti addım tədbir planlamasıdır.

Xidmətlərimizlə bu dadları tədbirinizdə yaşadın.