Dolma

Yarpaq dolması

Yarpaq dolması Azərbaycan mətbəxinin ən məşhur və sevilən yeməklərindən biridir. Xüsusilə yaz aylarında təzə üzüm yarpaqları ilə hazırlanır.

Ümumi Azərbaycan90-120 dəq4-68 məhsul
Yarpaq dolması
Resept qeydi
Hər addımı işarələyərək hazırlığınızı nəzarətdə saxlayın.
Hazırlıq paneli

Tərkib və addımlar

Tərkib hissələri

8 məhsul

0% hazır

Tarixi qeyd

Yarpaq dolması Azərbaycan mətbəxinin ən məşhur və sevilən yeməklərindən biridir. Xüsusilə yaz aylarında təzə üzüm yarpaqları ilə hazırlanır.

Hazırlanma axını

7 addım

0% tamam
Addım 1

Göyərtini xırda doğrayın.

Addım 2

Soğanı sürtgəcdən keçirin.

Addım 3

Dərin qabda əti, soğanı, düyünü, göyərtini, nanə qurusunu, yağı və zövqə görə istiot və duzu töküb yaxşı qarışdırın. (Əgər yarpaq duzludursa onda ətə duz vurmayın).

Addım 4

Dolmanı bükmək üçün yarpağı hazırlayın. Tutulmuş yarpaq olanda isti suda bir neçə dəfə yuyun ki, duzu getsin. Əgər təzə yarpaqdan bükürsünüzsə onda qaynar suya yarpağı salın rəngi saralan kimi götürün. Saplaqlarını kəsin. Təzə yarpaqdan dolma bükəndə ətə mütləq duz vurun.

Addım 5

Hər yarpağın ortasına 1 ç.q ət qoyub yanlarını içəri doğru qatlayaraq bükün.

Addım 6

Bükülmüş dolmaları qazana yığın. Qurtaranda üzünə çıxana qədər su tökün. Ortasına ağzı aşağı düz boşqab qoyun. Boşqab dolmaları bişəndə dağılmağa qoymur.

Addım 7

Əvvəl gur odda dolmanı qoyun. Suyu qaynara düşəndə kəfini yığın. Sonra normal odda yağa düşənə qədər bişirin.

İrəliləyiş
Məhsullar0/8
Addımlar0/7
Təqdim təklifi

İsti halda, yanında qatıqla təqdim edilir. Zövqə görə qatığın içinə sarımsaq əzib tökə bilərsiniz.

Chef service

Bu dadları peşəkar servis ilə yaşamaq istəyirsinizsə, növbəti addım tədbir planlamasıdır.

Xidmətlərimizlə bu dadları tədbirinizdə yaşadın.