Şirniyyat

Paxlava

Paxlava Azərbaycanın Novruz bayramı süfrələrinin əsas şirniyyatlarından biridir. Qat-qat xəmirdən hazırlanan, qoz və ya badam içliyi ilə zənginləşdirilmiş şirin bir desertdir.

Ümumi Azərbaycan180-240 dəq2 tava11 ingr.
Paxlava
Note du chef
Suivez pas à pas votre préparation en cochant chaque étape validée.
Votre progression

Ingrédients & Étapes de préparation

Ingrédients

11 ingr.

0% prêt

Note historique

Paxlava Azərbaycanın Novruz bayramı süfrələrinin əsas şirniyyatlarından biridir. Qat-qat xəmirdən hazırlanan, qoz və ya badam içliyi ilə zənginləşdirilmiş şirin bir desertdir.

Étapes de préparation

7 étapes

0% terminé
Addım 1

Xəmiri hazırlayın: Südü qaba töküb ilıq qızdırın. Yağı əridin. Mayanı ilıq suda qarışdırın 5-10 dəqiqə qalır köpüklənir. Unun ortasına yumurtanı, mayanı, südü, yağı, xamanı və duzu əlavə edin. Yumşaq xəmir yoğurun. Xəmirin üstünə neylon çəkib, dəsmal qoyub, ədyala bükün, 2 saat acımağa qoyun.

Addım 2

İçlik hazırlayın: Qozu tavada qovurub qabığını təmizlədikdən sonra qoz çəkən maşından keçirin. Çəkilmiş qozu şəkər tozu və hil ilə qarışdırın.

Addım 3

Şərbəti hazırlayın: Qaba suyu və şəkər tozunu əlavə edib qaynara düşən kimi 2-3 dəqiqə qaynadıb, götürün.

Addım 4

Xəmiri hər tava üçün 12 hissəyə bölün. İki kündəni böyük (ən alt və ən üst üçün) qalanlarını isə balaca kündələyin. Yuxanı (az) unla yayın.

Addım 5

Tavanı yağlayıb yuxanı sərin. Yuxaya yağ töküb yağlayın. Hər qata 1 stəkandan 1 barmaq aşağı içlik səpin. Yenə yuxanı sərib yağlayın. Bu şəkildə bütün qatları hazırlayın. Axırıncı qatı qoyduqdan sonra kənarlarını yaxşı düzəldin.

Addım 6

Xəmiri romb şəklində kəsin. Yarım saat saxlayın. Sonra yumurtalayıb ortalarına badam ləpələrini qoyun.

Addım 7

180 dərəcə qızdırılmış sobada üzü az qızarana qədər bişirin. Sonra layları yağladığınız yağdan qalanını paxlavanı sobadan çıxarıb aralarına tökün. Dərəcəni 150 dərəcəyə qoyun. Üzü tam qızarana yaxın çıxarıb şərbətini tökün. Hər iki halda bıçaqla kəsilən yerlərlə bir də gedin ki, həm yağ həm də şərbət hər yana yaxşı yayılsın. Şərbəti tökdükdən sonra sobada 3-5 dəqiqə saxlayıb götürün. Paxlava ilıq olanda tavadan tək-tək çıxarıb başqa düz qaba aralı yığın.

Votre progression
Ingrédients0/11
Étapes0/7
Conseil de présentation

Çay ilə təqdim edilir. Paxlavanın üzünün parıltılı və gözəl olmağını istəyirsinizsə onda paxlavanın şərbətindən 3 x.q götürüb 1 x.q bal ilə əridib fırça ilə hazır olan isti paxlavanın üzünə çəkin.

Chef service

Bu dadları peşəkar servis ilə yaşamaq istəyirsinizsə, növbəti addım tədbir planlamasıdır.

Xidmətlərimizlə bu dadları tədbirinizdə yaşadın.