Xəmir yeməyi

Yarpaq Xəngəli (Quru Xəngəl/Süzmə Xəngəl)

Yarpaq Xəngəli Azərbaycan mətbəxinin ənənəvi xəmir yeməklərindən biridir. Xüsusilə soyuq qış günlərində sevilən, qidalı bir yeməkdir. Qərb zonasında qurutla təqdim edilməsi xarakterikdir.

Ümumi Azərbaycan90-120 dəq4-6 nəfərlik10 ingr.
Yarpaq Xəngəli (Quru Xəngəl/Süzmə Xəngəl)
Note du chef
Suivez pas à pas votre préparation en cochant chaque étape validée.
Votre progression

Ingrédients & Étapes de préparation

Ingrédients

10 ingr.

0% prêt

Note historique

Yarpaq Xəngəli Azərbaycan mətbəxinin ənənəvi xəmir yeməklərindən biridir. Xüsusilə soyuq qış günlərində sevilən, qidalı bir yeməkdir. Qərb zonasında qurutla təqdim edilməsi xarakterikdir.

Étapes de préparation

5 étapes

0% terminé
Addım 1

Xəmirin hazırlanması: Böyük bir qaba un, duz tökülüb qarışdırılır. Unun ortasında yuva açılır, yumurta sındırılıb yuvaya əlavə olunur. Az-az su tökülüb hamısı birlikdə barmaqlarla qarışdırılır, xəmir halına salınır. Xəmirlə işlənəcək yer – lövhənin üzərinə çoxlu un səpilir, xəmir yoğrulur. Təxminən 10 dəqiqə, xəmir bərkiyənə, səthi hamarlaşanadək yumruqla basılaraq yoğrulur. Hazır xəmir bərabər ölçülü kündələrə ayrılır, bir qaba yığılıb dəsmalla üzəri örtülür, dincəlməyə qoyulur.

Addım 2

Xəmirin açılması: Yuxa yayılacaq yerə azca un səpilir, kündələr qoyulur və üzərinə un səpilir. Kündələr əllə basılaraq yastılanır, nazik oxlovla yayılır. Hər dəfə yayarkən yuxanı fırlatmaq lazımdır ki hər tərəfi açılsın. Təxminən diametri 25 sm olan yuxa açılır. Açılmış yuxanın üzərinə un səpilir və əllə hər tərəfinə yayılır. Un səpdikdən sonra oxlovla yayılaraq diametri 50-60sm olan dairə şəklində açılır.

Addım 3

Yuxanın kəsilməsi: Açılmış yuxa iti bıçaqla paralel və eninə, 5sm-lik kvadrat şəkildə kəsilir. Padnosa un səpilir, kəsilmiş xəngəllər üzərinə yığılır, qurumaq üçün bir kənara qoyulur.

Addım 4

Qiymə ətin hazırlanması: Orta ölçülü tavaya yağ tökülür, qızdırılır. Çəkilmiş ət əlavə olunur, tez-tez qarışdırılmaqla ətin suyu çəkilənəcən, 5-10 dəqiqə bişirilir. Yüngülcə qovrulan ətə xırda doğranmış soğan əlavə edilir, tez-tez qarışdırır, 10 dəqiqə, qızaranadək bişirilir. Zövqə görə duz, istiot vurulur.

Addım 5

Xəngəlin bişirilməsi: Böyük qazana 15 fincan su tökülür, 1 xörək qaşığı duz qatılır və qayanamağa qoyulur. Su qaynadıqda qurumağa qoyulmuş xəngəllər az-az, ehmalca suya salınır. Yapışmasın deyə böyük kəfgir qaşıqla arabir qarışdırılır. Təxminən 5 dəqiqə, yumşalanadək xəngəllər bişirilir. Bişmiş xəngəllər kəfgir qaşıqla götürülüb (yaxud aşsüzəndən süzülüb) geniş boşqablara düzülür. Üzərinə zövqə görə əridilmiş yağ tökülür, qızardılmış qiymə ət qoyulur. Sarımsaqlı qatıqla birgə süfrəyə verilir.

Votre progression
Ingrédients0/10
Étapes0/5
Conseil de présentation

İsti halda, üzərinə əridilmiş yağ və qiymə ət qoyularaq, sarımsaqlı qatıqla (və ya qurutla) təqdim edilir.

Chef service

Bu dadları peşəkar servis ilə yaşamaq istəyirsinizsə, növbəti addım tədbir planlamasıdır.

Xidmətlərimizlə bu dadları tədbirinizdə yaşadın.