İrəvan kətəsi
İrəvan kətəsi Novruz şirniyyatlarından biridir və Qərbi Azərbaycan mətbəxinin ənənəvi şirniyyatlarından sayılır.

Ингредиенты & Этапы приготовления
9 наим.
Историческая справка
İrəvan kətəsi Novruz şirniyyatlarından biridir və Qərbi Azərbaycan mətbəxinin ənənəvi şirniyyatlarından sayılır.
13 шагов
Un ilə kərə yağını ovun.
Xamanı əlavə edib qarışdırın.
Sirkə ilə sodanı qarışdırıb tökün.
Əlinizlə yumşaq xəmir düzəldin.
Xəmiri bir kənara qoyub içliyi hazırlayın: un ilə yağı ovun, şəkər tozunu və vanili əlavə edib qarışdırın.
Xəmiri 4 yerə bölüb kündələyin.
Xəmirin birini oval formada 2-3 mm qalınlıqda yayın.
İçlikdən töküb yayın.
Xəmiri oxlovla ya da əllə bükün, uclarını bərkidin.
Ağzı dilikli bıçaqla romb şəklində kəsin.
Bütün kündələri bu şəkildə hazırlayın.
Qaba kağız sərib yığın. Üzərinə yumurta çəkin.
200-220 dərəcə qızdırılmış sobada üzü qızaranadək (20-25 dəqiqəyə) bişirin.
İsti ya da soyuq çay ilə servis edin.
Bu dadları peşəkar servis ilə yaşamaq istəyirsinizsə, növbəti addım tədbir planlamasıdır.
Xidmətlərimizlə bu dadları tədbirinizdə yaşadın.